...

Ölkə üzrə üzgüçülük məşqçiləri üçün seminar keçirilib (FOTO)

İdman Materials 7 May 2022 15:11 (UTC +04:00)
Ölkə üzrə üzgüçülük məşqçiləri üçün seminar keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün seminar keçirilib.

Tədbiri açan Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev seminar iştirakçılarını salamladı və uğurlar arzuladı. Fətiyev bildirdi ki, ölkədə həm həcminə, həm də inkişaf istiqamətinə görə bir ilk olan bu seminar federasiyanın yeni tərtib etdiyi inkişaf konsepsiyasının bir hissəsidir:

“Ölkə başçısı Azərbaycanda su idman növlərinin daha da inkişaf etdirilməsini qarşımıza məqsəd qoyub. Bunun üçün dövlətimiz tərəfindən hər bir lazımi şərait yaradılıb. Bu istiqamət Azərbaycan Gənclər və İdman Nazirliyi də öz dəstəyini göstərir. Biz də öz növbəmizdə artıq yeni bir sistemlə işimizi qurmağı nəzərdə tutmuşuq. Bunun üçün də bir sıra yenilikləretməyi planlaşdırmışıq. Bu məqsədlə hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış beynəlxalq dərəcəli macar məşqçi İvan Petrovu federasiyada İdman Direktoru vəzifəsinə dəvət etmişik və onunla müqavilə imzalamışıq. Su idman növləri üzrə peşəkar bir idmançı olmuş, bu sahədə ən perspektivli mütəxəssislərdən sayılan İvan Petrov ölkəmizdə si idman növlərinin genişləndirilməsi, onun inkişafı və təbliği sahəsində öz təcrübələri ilə bizim həm məşqçi, həm də üzgüçülərimizlə bölüşəcək” deyə Xanlar Fətiyev əlavə edib.
Federasiyanın prezidenti onu da vurğulayıb ki, qurum yalnız Bakı və Sumqayıt şəhərlərində deyil, bütün bölgələrdə su idman növlərinin, o cümlədən üzgüçülüyün inkişaf etməsinin əsas prioritet hesab edir.

“Bu gün federasiyanın yeni konsepsiyası əsasən regionlarda üzgüçülüyün və digər su idman növlərinin daha da inkişaf etdirilməsidir. Bu gün seminarda Bakı və Sumqayıtla yanaşı Azərbaycanın bütün bölgələrində çalışan üzgüçülük üzrə məşqçilər iştirak edir. Biz onlara müasir üzgüçülüyün yeniliklərini çatdırmaq və onlar arasında daha da peşəkar məşqçilər yetişdirməkdir. Bu məqsədlə iyul-avqust ayların Macarıstandan daha 2-3 məşqçinin ölkəmizə dəvət olunmasını planlaşdırırıq. Onlar da si idman növləri üzrə peşəkarladır və onlar ölkəmizdə fəaliyyət göstərən üzgüçülük üzrə məşqçilərin peşəkarlıqlarının artırılmasına köməkli edəcəklər. Ümidvaram ki, yaxın zamanlarda bu görülən işlərin müsbət nəticələri özünü göstərəcək” deyə Xanlar Fətiyev əlavə edib.
Sonra seminarın treneri beynəlxalq dərəcəli məşqçi İvan Petrov öz mühazirəsinə başladı. Müxtəlif slaydlar və video süjetlərlə, həmçinin beynəlxalq təcrübələrdən hazırlanan çıxışlar məşqçilər tərəfindən maraqla qarşılanır.

İki gün davam edəcək seminarda Azərbaycanda inşa edilmiş Olimpiya Komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-4 kurs əyani və qiyabi təhsil alan tələbələri dəvət olunublar. Seminarda ümumilikdə 170-ə yaxın məşqçi iştirak edir. Sabah da davam edəcək seminarın sonunda içtirakçilara sertifikat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti