...

Serxio Peres Formula 1 üzrə Monako Qran Prisinin qalibi olub

İdman Materials 29 May 2022 21:52 (UTC +04:00)
Serxio Peres Formula 1 üzrə Monako Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının meksikalı pilotu Serxio Peres" Formula 1" üzrə dünya çempionatının növbəti mərhələsi olan Monako Qran Prisinin qalibi olub.

Trend xəbər verir ki, ikinci yerə "Ferrari"dən ispaniyalı Karlos Sayns, üçüncü yerə isə hollandiyalı Maks Ferstappen (Red Bull) çıxıb.

Yarış yağış səbəbindən gec başlayıb. Həmçinin Mik Şumaxerin iştirak etdiyi qəzaya görə fasilələr yaranıb.

Ümumi sıralamada liderliyi “Formula 1” üzrə hazırkı çempion hollandiyalı Maks Ferstappen (125 xal) qoruyub saxlayır. "Ferrari"-nin monakolu pilotu Çarlz Lekler 116 xal ilə ikinci, Peres isə 110 xal ilə üçüncüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti