Bakı. Trend:
"Red Bull Racing" Bakıya Formula 1 çempionatının lideri qismində bu həftəsonunu nikbinliklə gözləyir.
Trend xəbər verir ki, bu barədə "Red Bull" komandasının məlumatında deyilir.
Komandanın pilotu Maks Ferstappenin sözlərinə görə, Bakıdakı yarış mürəkkəb şəhər trasında keçir.
"Bakıya qayıdışını səbirsizliklə gözləyirəm, mənim burada keçən ildən tamamlanmamış işlərim qalıb. Bakıda çox mürəkkəb şəhər trası var. Burada uyğun tənzimləmələri və antinqanadlar üçün optimal bucağı tapmaq çətin olur. Görəsən, bu dəfə təsnifatda daha yaxşı nəticə göstərə biləcəyikmi? Əvvəllər ən sürətli dairədə biz bir qədər dala qalırdıq", - M.Ferstappen deyib.
Komandanın digər pilotu, ötənilki Azərbaycan Qran-prisinin qalibi Serxio Peres bu il titul uğrunda mübarizənin çox sıx davam etdiyini vurğulayıb.
"Ötən il mən Bakıda "Red Bull"un heyətində ilk qələbəmi qazandım. Mənim küçə traslarından xoşum gəlir, burada çox şey pilotun ustalığından asılıdır. Hücum edərkən səhv buraxmaq çox asandır", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev