...

F1 pilotlarının birinci məşq sessiyası başa çatıb (FOTO)

İdman Materials 10 İyun 2022 16:09 (UTC +04:00)
F1 pilotlarının birinci məşq sessiyası başa çatıb (FOTO)

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022 Formula 1 Azərbaycan Qran-Prisində F1 pilotlarının birinci məşq sessiyası başa çatıb.

Trend xəbər verir ki, ilk üçlükdə “Red Bull” və “Ferrari” komandalarının pilotları qərarlaşıb.

Belə ki, birinci məşq sessiyasında finiş xəttinə ən qısa zamanda çatan pilot “Red Bull” komandasından Serxio Peres olub. İkinci yerdə “Ferrari” komandasından Şarl Lekler, üçüncü yerdə isə “Red Bull” komandasından Maks Verstappen qərarlaşıb.

Qeyd edək ki, bu gün Formula 1 Azərbaycan Qran-Prisində ikinci məşq sessiyası 18:00-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti