...

Kriştiano Ronaldo "Bavariya"ya keçə bilər

İdman Materials 24 İyun 2022 02:51 (UTC +04:00)
Kriştiano Ronaldo "Bavariya"ya keçə bilər

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" futbol klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo yay transfer pəncərəsində Almaniyanın "Bavariya" klubunda polşalı hücumçu Robert Levandovskini, komandadan ayrılacağı təqdirdə, əvəz edə bilər.

Trend-in məlumatına görə, bu barədə İspaniyanın "As" qəzeti xəbər verib.

Mənbəyə görə, Kriştiano Ronaldo "Mançester Yunayted"in növbəti mövsümdə titullar qazanacağına ümidini itirib. Eyni zamanda qeyd olunub ki, portuqaliyalının ətrafı "Bavariya"nın marağından xəbərdardır və belə bir transferə yaxşı baxır.

R.Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti