...

Amerikalı atlet 400 metrə maneələrlə qaçışda dünya rekordunu yeniləyib

İdman Materials 26 İyun 2022 05:29 (UTC +04:00)
Amerikalı atlet 400 metrə maneələrlə qaçışda dünya rekordunu yeniləyib

Bakı. Trend:

ABŞ Atletika Çempionatında Sidney Maklaflin 400 metr məsafəyə maneələrlə qaçışda dünya rekordunu yeniləyib.

Trend "TASS"a istinadla xəbər verir ki, 22 yaşlı idmançı bu məsafəni 51,41 saniyəyə qət edib. Əvvəlki dünya rekordu da ona məxsus idi, o, Tokio Olimpiadasında məsafəni 51,46 saniyəyə qət etmişdir.

Maklaflin ikiqat olimpiya çempionudur. Tokio Oyunlarında o, 4x400 m estafetdə də qızıl medal qazanıb. İdmançı 400 metr məsafəyə maneələrlə qaçışda 2019-cu il Dünya Çempionatının gümüş mükafatçısı, 4x400 metr məsafəyə estafetdə isə həmin turnirin qızıl medalının sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti