Bakı. Trend:
Özbəkistanda səfərdə olan Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Peşəkar Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov Özbəkistanın idmanın inkişafı naziri A.İ.İkramov ilə görüşüb.
“Zirə” Peşəkar Futbol Klubundan Trend-ə verilən məlumata görə, görüşdə futbol və minifutbolun inkişafı sahəsində əməkdaşlıq potensialına, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqələndirməklə dövlət-özəl tərəfdaşlığı formatında idman infrastrukturunun yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb.