...

Azərbaycan gimnastı Vladimir Dolmatov İslamiadada qızıl medal qazanıb

İdman Materials 14 Avqust 2022 12:14 (UTC +04:00)
Azərbaycan gimnastı Vladimir Dolmatov İslamiadada qızıl medal qazanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan gimnastı Vladimir Dolmatov V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda qızıl medal qazanıb.

Trend xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov kişilər arasında fərdi proqramda birinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti