...

Azərbaycan gimnastı Mədinə Mustafayeva İslamiadada gümüş medal qazanıb

İdman Materials 14 Avqust 2022 12:15 (UTC +04:00)
Azərbaycan gimnastı Mədinə Mustafayeva İslamiadada gümüş medal qazanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan gimnastı Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə gümüş medal qazanıb.

Trend xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Mədinə Mustafayeva qadınlar arasında fərdi proqramda ikinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti