...

Azərbaycan gimnastı Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə gümüş medal qazanıb (FOTO)

İdman Materials 14 Avqust 2022 16:04 (UTC +04:00)
Azərbaycan gimnastı Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə gümüş medal qazanıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycan gimnastı Zöhrə Ağamirova V İslam Həmrəyliyi Oyunları çərçivəsində bədii gimnastika yarışlarında gümüş medal qazanıb.

Trend xəbər verir ki, Z.Ağamirova halqa ilə hərəkətlərdə ikinci yeri tutub.

Halqa ilə hərəkətlərin finalında çıxış edən digər azərbaycanlı gimnast Alina Gözəlova yeddinci yeri tutub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti