...

Arda Turan karyerasını bitirib

İdman Materials 12 Sentyabr 2022 16:49 (UTC +04:00)
Arda Turan karyerasını bitirib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəli futbolçu Arda Turan karyerasını bitirdiyini elan edib.

Trend-in məlumatına görə, futbolçu bu barədə "YouTube"da yayımladığı videoda bildirib.

35 yaşlı futbolçu ötən mövsümü "Qalatasaray"ın tərkibində keçirib.

O, karyerası boyunca 1 dəfə Türkiyə çempionu, "Barselona" və "Atletiko"nun heyətində 2 dəfə İspaniya çempionu adını qazanıb. Arda "Atletiko ilə, həmçinin UEFA Avropa Liqasını qazanıb.

Türkiyə milli komandasının tərkibində 100 oyun keçirən Arda Turan 16 qola imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti