...

Türkiyə Super Liqası: İstanbul derbisi heçə-heçə yekunlaşıb

İdman Materials 3 Oktyabr 2022 00:37 (UTC +04:00)
Türkiyə Super Liqası: İstanbul derbisi heçə-heçə yekunlaşıb

Bakı. Trend:

Futbol üzrə Türkiyə Super Liqasında 2022-2023 mövsümünün ilk İstanbul derbisi oynanılıb.

Trend-in məlumatına görə, VIII turun matçında “Fənərbağça” komandası “Beşiktaş”ın qonağı olub. “Vodofon Park” stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran meydan sahibləri 6-cı, 14 xala malik olan “Fənərbağça” isə 7-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, çempionatda turnir cədvəlinə 17 xalla “Başahşehir” komandası başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti