...

Kişi şahmatçılarımız növbəti qələbəyə imza atıblar

İdman Materials 9 Oktyabr 2022 09:45 (UTC +04:00)
Kişi şahmatçılarımız növbəti qələbəyə imza atıblar

Bakı. Trend:

Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınların təmsil olunduğu “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa kubokunda çıxışlarını davam etdirirlər.

Trend xəbər verir ki, “Vüqar Həşimov” komandası 6-cı turda “Schachgesellschaft Riehen” (İsveçrə) yığmasına 5:1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib. Kişi şahmatçılarımız 6 turda 10 xal toplayıblar. “Odlar Yurdu” isə Avstriyanın “ASVOe Pamhagen” komandasına 1,5:2,5 hesabı ilə uduzub.

“Odlar Yurdu” 6 turun nəticəsinə görə 6 xalla 8-10-cu yerləri bölüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti