...

İstanbul derbisində "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

İdman Materials 5 Noyabr 2022 23:21 (UTC +04:00)
İstanbul derbisində "Qalatasaray" "Beşiktaş"ı məğlub edib

Bakı. Trend:

Bu gün futbol üzrə Türkiyə Super Liqasının 13-ci turu çərçivəsində İstanbul derbisi baş tutub.

Trend xəbər verir ki, "Qalatasaray" klubu öz meydanında "Beşiktaş" klubunu qəbul edib.

Oyun meydan sahibi komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray"ın heyətində hər iki qolu Mauro İkardi (18 və 59-cu dəqiqələr), qonaqların yeganə qolunu isə 28-ci dəqiqədə Cenk Tosun vurub.

Qeyd edək ki, 13 turdan sonra "Qalatasaray" (12 oyun keçirib) 24 xalla ikinci yerdə, "Beşiktaş" isə 22 xalla beşinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti