...

DÇ-2022: Yaponiya İspaniyanı məğlub edərək növbəti mərhələyə qrup lideri kimi yüksəlib (VİDEO)

İdman Materials 2 Dekabr 2022 00:55 (UTC +04:00)
DÇ-2022: Yaponiya İspaniyanı məğlub edərək növbəti mərhələyə qrup lideri kimi yüksəlib (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Trend xəbər verir ki, Yaponiya və İspaniya komandaları arasında keçirilən qarşılaşmada Yaponiya millisi 2:1 hesablı qələbə qazanıb.

Beləliklə, Yaponiya xallarının sayını 6-ya çatdıraraq qrup lideri kimi 1/8 final mərhələsinə yüksəlib. İspaniya komandası da 4 xalla qrupu ikinci yerdə başa vurub və növbəti mərhələyə vəsiqəni təmin edib.

Qeyd edək ki, E qrupunda son vəziyyət belədir:

1. Yaponiya - 6 xal

2. İspaniya - 4 xal

3. Almaniya - 4 xal

4. Kosta-Rika - 3 xal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti