Bakı. Trend:
İngiltərə futbol millisinin hücumçusu Rahim Sterlinq Londondakı evinin qarətinə görə Qətərdə keçirilən dünya çempionatında komandanı tərk edib.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "Daily Telegraph" qəzetinin müxbiri Mett Lou öz "Twitter" səhifəsində bildirib.
"Londondakı evində oğurluğun qurbanı olan R.Sterlinq İngiltərəyə ailəsinin yanına qayıtmağa qərar verdi. Oğurluq şənbə günü axşam saatlarında baş verib", - deyə M.Lou yazıb.
Bazar günü İngiltərə millisinin mətbuat xidməti dünya çempionatının 1/8 final mərhələsinin seneqallılara qarşı oyunu öncəsi 27 yaşlı R.Sterlinqin ailə səbəbi ilə oyunda iştirak etməyəcəyini bildirib. Cari dünya çempionatında futbolçu bir qol vurub.