...

DÇ-2022: Argentina millisi Niderland komandasını məğlub edərək yarımfinala yüksəlib (VİDEO)

İdman Materials 10 Dekabr 2022 01:56 (UTC +04:00)
DÇ-2022: Argentina millisi Niderland komandasını məğlub edərək yarımfinala yüksəlib (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsinin ilk oyunu keçirilib.

Trend xəbər verir ki, Argentina və Niderland millilərinin qarşılaşdığı oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda əlavə vaxt oynanılıb, lakin əlavə vaxtda hesabda dəyişiklik olmayıb.

Beləliklə, oyun penaltilər seriyasına uzanıb. Penalti seriyasında Argentina millisi 4-3 hesablı qələbə qazanıb və yarımfinal mərhələsinə yüksəlib. Yarımfinalda Argentinanın rəqibi Xorvatiya olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti