...

Futbol şərhçisi Argentina-Niderland matçını şərh edərkən dünyasını dəyişdi

İdman Materials 10 Dekabr 2022 09:27 (UTC +04:00)

Bakı. Trend:

Amerikalı futbol şərhçisi Qrant Val Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsini işıqlandırarkən Dohada vəfat edib.

Trend-in məlumatına görə, bu barədə şənbə günü Amerika Milli İctimai Radiosunun (National Public Radio, NPR) müxbiri Rassel Lyuis Tvitter səhifəsində məlumat verib.

"O, Dohada Argentina və Niderland arasında keçirilən dünya çempionatının 1/4 final matçını işıqlandırarkən dünyasını dəyişib", - deyə R.Lyuis yazıb.

ABŞ Futbol Federasiyası şərhçinin ölümü ilə bağlı başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti