...

Kasilyas dünyanın ən yaxşı qapıçılarının adlarını açıqlayıb

İdman Materials 14 Yanvar 2023 07:38 (UTC +04:00)
Kasilyas dünyanın ən yaxşı qapıçılarının adlarını açıqlayıb

Bakı. Trend:

"Real Madrid"in və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas dünyanın ən yaxşı qapıçılarının adlarını açıqlayıb.

Trend xəbər verir ki, İ.Kasilyas ən yaxşı qapıçılar mövzusunda öz fikrini "Barca Universal" kanalı üçün bildirib.

İspaniyalının reytinq cədvəlində birinci yeri “Real”ın belçikalı qapıçısı Tibo Kurtua tutur. Sonrakı yerdə "Barselona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegendir. İlk üçlüyü “Mançester Siti”dən braziliyalı Ederson Moraes qapayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti