Bakı. Trend:
Bu gün İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində "Arsenal" öz meydanın "Mançester Siti"ni qəbul edib.
Trend xəbər verir ki, oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
"Mançester Siti"nin heyətində qolları Kevin De Brüyne, Cek Qriliş və Erlinq Holand, "Arsenal"ın heyətində isə yeganə qolu Bukayo Saka vurublar.
Qeyd edək ki, hər iki komanda 51 xal toplayıb. Lakin "Mançester Siti" əlavə göstəricilərdə "Arsenal"ı üstələyərək turnir cədvəlində birinci yerdə qərarlaşıb.