...

Çempionlar Liqası: "Bavariya" PSJ-ni məğlub edərək 1/4 finala vəsiqə qazanıb

İdman Materials 9 Mart 2023 02:00 (UTC +04:00)
Çempionlar Liqası: "Bavariya" PSJ-ni məğlub edərək 1/4 finala vəsiqə qazanıb

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Almaniyanın "Bavariya" klubu öz meydanında Fransanın PSJ klubunu qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Erik-Maksim Çupo-Motinq və Serh Qnabri vurublar.

Komandalar arasında keçirilən ilk oyunda da "Bayvariya" rəqibini məğlub etmişdi - 1:0.

Beləliklə, "Bavariya" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti