...

Tuxel "Bavariya"nın yeni baş məşqçisi oldu

İdman Materials 24 Mart 2023 21:26 (UTC +04:00)
Tuxel "Bavariya"nın yeni baş məşqçisi oldu

Bakı. Trend:

Almaniyalı Tomas Tuxel “Bavariya” futbol klubunun baş məşqçisi postunda həmyerlisi Yulian Naqelsmannı əvəzləyib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bavariya" rəhbərliyi komandaya 2021-ci ildən rəhbərlik edən 35 yaşlı Y.Naqelsmannla əməkdaşlığa vaxtından əvvəl son qoymaq qərarına gəlib.

49 yaşlı T.Tuxel ilə müqavilə 30 iyun 2025-ci ilə qədər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti