...

Şahmatçımız dünya yığmasına dəvət olunub

İdman Materials 5 Aprel 2023 13:49 (UTC +04:00)
Şahmatçımız dünya yığmasına dəvət olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Günay Məmmədzadə dünya yığmasına dəvət olundu.

Azərbaycan Şahmat Federasiyasından Trend-ə verilən məlumata görə, aprelin 17-dən 19-dək Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstan komandası ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək.

Görüş aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.

FIDE tərəfindən dünya yığmasına Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə də dəvət olunub.

Həmyerlimizlə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti