...

Voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub

İdman Materials 6 Aprel 2023 04:19 (UTC +04:00)
Voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub

Bakı. Trend:

Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın növbəti oyunları keçirilib.

Trend xəbər verir ki, ilk matçda "Murov" və "Abşeron" komandaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan "Abşeron" birinci setdə 25:19 hesabı ilə qalib gəlib. Cütün ilk görüşündə qələbə qazanmış "Murov" ikinci hissəni öz aktivinə yazdırmaqla ümumi hesabı bərabərləşdirib - 25:22. Lakin yenidən təşəbbüsü ələ alan "Abşeron" növbəti setlərdə 29:27 və 27:25 hesabları ilə qələbə qazanıb. İlk qarşılaşmada 1:3 hesabı ilə uduzan "Abşeron" cavab oyununda rəqibini eyni hesabı ilə məğlub edib. Beləliklə, bu komandaların mübarizəsində qalibin adına üçüncü oyunda aydınlıq gələcək. Aprelin 7-də keçiriləcək həmin matçda qələbə qazanacaq tərəf finala yüksələcək.

Yarımfinalın digər matçı UNEC-lə "Azərreyl" arasında olub. Cütün ilk oyununda 3:0 hesabı ilə qalib gəlmiş "Azərreyl" bu dəfə də quru hesabla (25:13, 25:13 və 25:06) sevinən tərəf olub. Beləliklə, hər iki qarşılaşmada qalib gələn "Azərreyl" finala ilk vəsiqəni qazanıb. UNEC isə bürünc medal uğrunda yarışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti