...

Bakıda Dünya Kuboku: Bolqarıstanlı gimnast fərdi çoxnövçülükdə birinci yeri tutub

İdman Materials 22 Aprel 2023 19:35 (UTC +04:00)
Bakıda Dünya Kuboku: Bolqarıstanlı gimnast fərdi çoxnövçülükdə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda fərdi çoxnövçülükdə 133,800 xalla birinci yeri bolqarıstanlı gimnast Stilyana Nikolova tutub.

Trend xəbər verir ki, İtaliyalı Sofiya Raffaeli 129,700 xalla ikinci olub. Üçüncü yeri 126,300 xalla bolqarıstanlı Yeva Brezaliyeva tutub.

Azərbaycan gimnastı Zöhrə Ağamirova fərdi çoxnövçülükdə səkkizinci (122,050 xal), Alina Gözəlova isə 27-ci yeri (112,000 xal) tutub.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti