...

Bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri üzrə finalçılar müəyyənləşib

İdman Materials 20 May 2023 23:40 (UTC +04:00)
Bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri üzrə finalçılar müəyyənləşib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 20-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının dördüncü yarış günündə böyüklərdən ibarət komandalar arasında qrup hərəkətləri üzrə finalçılar müəyyənləşib.

Trend xəbər verir ki, İsrail (35,600 xal), Bolqarıstan (35,600 xal), Ukrayna (34,900 xal), İspaniya (34,350 xal), İtaliya (34,150 xal), Fransa (33,600 xal), Polşa (33,350 xal) və Azərbaycanı (32,900 xal) təmsil edən qrup komandaları haqla ilə hərəkətlər proqramında finala yüksəliblər.

Azərbaycan (32.500 xal), Bolqarıstan (32.450 xal), İsrail (31.700 xal), Yunanıstan (29.400 xal), Ukrayna (29.200 xal), İtaliya (29.000 xal), Fransa (28.950 xal) və İspaniyanı (28.750 xal) təmsil edən qrup komandaları üç lent və iki top ilə hərəkətlər proqramında finala vəsifəq qazanıblar.

Xatirladaq ki, komandaya Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria Sorokina daxil olub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti