...

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

İdman Materials 2 Avqust 2023 22:11 (UTC +04:00)
“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Bakı. Trend:

Avqustun 2-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Polşanın “Rakuv” komandası ilə cavab oyununu keçirib.

Trend-in məlumatına görə, oyun 1:1 hesabı ilə başa çatıb.

Qonaq komandanın heyətində qolu 52-ci dəqiqəsində Fran Tudor vurub. Görüşün 60-cı dəqiqəsində Ağdam komandasının heyətində Redon Cica fərqlənib.

Komandalar arasında Polşada keçirilən ilk qarşılaşmada “Rakuv” 3:2 hesablı qələbə qazandığından iki oyunun nəticəsinə görə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. “Qarabağ” isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti