...

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəldi

İdman Materials 21 Sentyabr 2023 20:33 (UTC +04:00)
Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəldi
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib.

Trend xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti