...

Tanınmış futbolçu özünü öldürmək istəyib

İdman Materials 30 Sentyabr 2023 13:26 (UTC +04:00)
Tanınmış futbolçu özünü öldürmək istəyib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Nitsa"nın yarımmüdafiəçisi Aleksis Beka-Beka intihara cəhd edib.

Trend xəbər verir ki, 22 yaşlı futbolçu Nitsa yaxınlığında yerləşən körpünün üzərində dayanaraq 100 metrdən çox hündürlükdən özünü atmaq istəyib.

Hadisə yerinə müxtəlif təcili yardım xidmətləri, klubun psixoloqu göndərilib. Körpüdə nəqliyyatın hərəkəti kəsilib və nəticədə 5 kilometrlik tıxac yaranıb.

Bir neçə saatlıq danışıqlardan sonra oyunçu körpüdən götürülüb. Futbolçu sağ-salamatdır və həyati təhlükəsi yoxdur.

Fransa mətbuatın yazdığına görə, Bek-Bekin bu cür hərəkətlərinə səbəb sevgilisindən ayrılması olub. Lakin futbolçunun nümayəndələri bu məlumatı təkzib edirlər .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti