Bakı. Trend:
2030-cu ildə futbol üzrə dünya çempionatının oyunlarına altı ölkə ev sahibliyi edəcək.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti bildirib.
Məlumata əsasən, turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Dünya çempionatının ilk üç oyununa Argentina, Paraqvay və Uruqvay ev sahibliyi edəcək.
Turnirin finalının Madriddə "Santyaqo Bernabeu" stadionunda keçirilməsi planlaşdırılır. İlk dəfə olaraq dünya çempionatının oyunları müxtəlif qitələrdə keçiriləcək.