...

Azərbaycan dost Səudiyyə Ərəbistanının DÇ-2034-ə ev sahibliyi etmək təklifini dəstəkləyir

İdman Materials 7 Oktyabr 2023 13:31 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dost Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifini dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” (tvitter) sosial şəbəkə səhifəsində paylaşım edib.

Bildirilib ki, adıçəkilən ölkənin mundialı qəbul etmək üçün kifayət qədər təcrübəsi var:

“İnanırıq ki, dünya çempionatı Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və onların futbola köklü həvəsləri var”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin DÇ-2034-ü qəbul etmək istədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti