...

"Ocaq" Beynəlxalq Kuboku bizdə çox müsbət təəssürat yaratdı – Küveytdən olan gimnastlar

İdman Materials 12 Noyabr 2023 18:13 (UTC +04:00)
"Ocaq" Beynəlxalq Kuboku bizdə çox müsbət təəssürat yaratdı – Küveytdən olan gimnastlar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə “Ocaq” Beynəlxalq Kuboku bizdə çox müsbət təəssürat yaratdı və həmişəlik yaddaşlarda qalacaq.

Bu barədə Trend-ə yarışın medalçıları, Küveytdən olan gimnastlar Nəbilə Əl-Karafi və Rayah Əl-Qassar

Nəbilə Əl-Karafi "Ocaq" Beynəlxalq Kubokunda üç gümüş medal qazanıb - 2013-cü il təvəllüdlü gimnastlar arasında çoxnövçülükdə, alətsiz hərəkətlər və gürzlərlə hərəkətlər proqramda (B qrupu), Rayah Əl-Qassar isə 2013-cü il təvəllüdlü idmançılar arasında halqa ilə məşqdə (A qrupu) bürünc medal sahib olub.

"Beynəlxalq yarışlarda yaxşı nəticələr göstərmək çox xoşdur. Hər bir turnir bizim üçün yeni mərhələ və yeni təcrübədir. Bakıda hər şey əla keçdi, "Ocaq" Beynəlxalq Kubokunda qazanılan uğurdan ruhlanaraq, İtaliyada keçiriləcək növbəti yarışlarda da yaxşı çıxış etməyə çalışacağıq", - deyə gənc gimnast Nəbilə Əl-Karafi bildirib.

İdmançı Rayah Əl-Qassar turnirdə iştirak etmək üçün Azərbaycana böyük həvəslə gəldiyini qeyd edib:

"Bakıya ikinci dəfədir gəlirik. Şəhər gözəldir, burada maraqlı memarlıq binalar var. Məşqlə əlaqədar təəssüf ki, şəhərdə çox gəzə bilmədik, lakin gördüklərimiz böyük təəssürat yaratdı".

Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti