Bakı. Trend:
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Trend xəbər veriur ki, millimiz səfərdə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunda Kipr yığması ilə qarşılaşacaq.
Limassol şəhərində keçiriləcək Kipr - Azərbaycan qarşılaşmasını Belçikadan olan hakimlər briqadası idarə edəcək. 10 xalla qrup lideri olan Azərbaycan millisi bu oyunda qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.
Kipr – Azərbaycan
1 dekabr. Limassol. Limassol stadion. Saat 21:00
Baş hakim: Caroline Lanssens
Baş hakimin köməkçiləri: İrmgard Van Meirvenne, Margot Jacobs
Dördüncü hakim: Jana Van Laere