...

“Qarabağ” püşkatmada səpələnmişlər səbətində olacaq - Avropa Liqası

İdman Materials 15 Dekabr 2023 12:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 18-də UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Trend xəbər verir ki, “Qarabağ” püşkatmaya səpələnmişlər səbətindən qatılacaq.

H qrupunu ikinci pillədə başa vuraraq pley-offa adlayan Ağdam təmsilçisi bu raundda Çempionlar Liqasından gələn səkkiz kollektivdən biri ilə qarşılaşacaq.

Həmin komandalar bunlardır: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Donetsk, Ukrayna).

Səpələnmişlər səbətində “köhlən atlar”la yanaşı, Almaniyanın “Frayburq”, Fransanın “Marsel”, “Renn” və “Tuluza”, İtaliyanın “Roma”, Çexiyanın “Sparta” (Praqa) və Portuqaliyanın “Sportinq” klubları yer alıblar.

Reqlamentə əsasən, pley-off mərhələsində eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməzlər. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaqlar.

Xəbər lenti

Xəbər lenti