...

Karlo Ançelotti "Real Madrid"dən sonra məşqçilik karyerasını bitirəcək

İdman Materials 2 Yanvar 2024 20:33 (UTC +04:00)
Karlo Ançelotti "Real Madrid"dən sonra məşqçilik karyerasını bitirəcək

Bakı. Trend:

İtaliyalı futbol məşqçisi Karlo Ançelotti "Real Madrid" klubunun son iş yeri olacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə "Mundo Deportivo" qəzeti xəbər verib.

"Bu mənim son iş yerimdir. Karyeramı nə vaxt bitirəcəyimi bilmirəm, bu, 2026-cı il də ola bilər. Bu ildən sonuna və ümid edirəm ki, 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm, çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Hər şey bizim burada əldə edə biləcəyimiz uğurdan asılı olacaq", - deyə K.Ançelotti bildirib.

Qeyd edək ki, 29 dekabr 2023-cü ildə 64 yaşlı K.Ançelotti "Real Madrid" ilə yeni müqavilə imzaladı, müqavilə 30 iyun 2026-cı ilə qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti