...

UEFA-dan Əliyar Ağayevə təyinat

İdman Materials 20 Fevral 2024 10:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.

Qeyd edək ki, fevralın 22-də Bolqarıstanın Razgrad şəhərində oynanılacaq görüşə Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbər lenti

Xəbər lenti