...

"Qarabağ"ın 1/8 finaldakı rəqibi MƏLUM OLDU

İdman Materials 23 Fevral 2024 15:20 (UTC +04:00)
"Qarabağ"ın 1/8 finaldakı rəqibi MƏLUM OLDU
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Trend xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibinin adına aydınlıq gəlib. Səpələnməmişlər səbətində yer alan "köhlən atların" rəqibi yenidən Almaniya klubu "Bayer Leverkuzen" olub.

"Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb Almaniya klubu qrup lideri kimi 1/8 finala yüksəlib. "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cütlükləri:

xxx

09:12

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

Trend xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

"Qarabağ"ın potensial rəqibləri:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Slavia" (Çexiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti