...

Kanada Namizədlər Turnirinə ev sahibliyi etmək hüququnu itirə bilər

İdman Materials 2 Mart 2024 19:16 (UTC +04:00)
Kanada Namizədlər Turnirinə ev sahibliyi etmək hüququnu itirə bilər

Bakı. Trend:

Kanada Namizədlər Turnirinə ev sahibliyi etmək hüququnu itirə bilər.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) baş direktoru Emil Sutovski məlumat verib.

Funksionerin sözlərinə görə, buna Kanadanın iştirakçı ölkələrə viza verməməsi səbəb olub: “Turnir heç bir halda təxirə salınmayacaq. Kanada yarışda iştirak edəcək ölkələrə viza verməsə, FIDE müəyyən tədbirlər görəcək və turniri eyni qaydada başqa ölkədə keçirəcək”.

Həmçinin FIDE Kanada hökumətindən Namizədlər Turnirinin iştirakçılarına vizaların verilməsi prosesini sürətləndirməyi xahiş edib.

Qeyd edək ki, yarışın aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti