...

Samet Aybaba “Qarabağ”ın bombardirini izləmək üçün Leverkuzenə gedəcək

İdman Materials 11 Mart 2024 14:04 (UTC +04:00)
Samet Aybaba “Qarabağ”ın bombardirini izləmək üçün Leverkuzenə gedəcək

Bakı. Trend:

“Qarabağ”ın daha bir futbolçusu Türkiyə klublarının maraq dairəsinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Beşiktaş” Azərbaycan çempionunun bombardiri Olavio Juninyo ilə maraqlanır.

Türkiyənin “Fotospor” nəşrinin iddiasına görə, “ağ-qaralar” adı “Fənərbaxça” ilə də hallanan hücumçunu bir daha izləmək niyyətindədir. “Beşiktaş”ın idman direktoru Samet Aybaba bu məqsədlə “Bayer” – “Qarabağ” matçında stadionda olacaq.

Almaniyaya səfər edəcək klub rəsmisi təkcə Juninyo deyil, “Bayer”in ulduzları Borxa İqlesias və Fosu Mensahı da izləməyi planlaşdırır. Mütəxəssis Avropa Liqasının oyunundan bir gün əvvəl Almaniyada baş tutacaq digər görüşdə də olacaq. O, Çempionlar Liqasının “Borussiya” (Dortmund) – PSV matçında Marko Roys və Andre Ramalyonu nəzərdən keçirəcək.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” görüşü martın 14-də Leverkuzendə baş tutacaq.

Xəbər lenti

Xəbər lenti