...

Son 4 ildə üçüncü dəfə: İtaliya üçün Çempionlar Liqasına son

İdman Materials 14 Mart 2024 09:54 (UTC +04:00)

Bakı. Trend:

İtaliya klubları üçün Çempionlar Liqası başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, A seriyası təmsilçilərindən heç biri 1/4 finala yüksəlməyib.

İtaliyalılar son 4 ildə üçüncü dəfə belə uğursuzluqla üzləşib. Yeganə istisna 2022/23 mövsümündə qeydə alınıb.

Qeyd edək ki, A seriyasının son təmsilçisi “İnter” 1/8 finalda “Atletiko” səddini keçə bilməyib – 1:0, 1:2, p. 2:3.

Xəbər lenti

Xəbər lenti