...

"Böyük Dəbilqə": 2 cüdoçumuz mərhələ adlayıb, 1-i dayanıb

İdman Materials 30 Mart 2024 11:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 3 cüdoçusu tatamiyə çıxıb.

Onlar 2 çəki dərəcəsində mübarizə aparır.

"Böyük Dəbilqə"
Kişilər
73 kq

Vüsal Qələndərzadə 1/32 final çərçivəsində Keysey Nakano (Filippin) ilə üz-üzə gəlib. Qələbə qazanan milli üzvü növbəti görüşündə Kiprianos Andreounu (Kipr) sınağa çəkəcək.

Rəşid Məmmədəliyev də yarışa qələbə ilə başlayıb. Mark Xristovu (Bolqarıstan) məğlub edən cüdoçumuz 1/16 finalda Koen Heqlə qarşılaşacaq.

83 kq
Ömər Rəcəblinin (81 kq) startda məğlubiyyətə üzülüb. O, Joao Fernando (Portuqaliya) ilə bacarmayıb.

Qeyd edək ki, cüdoçularımızdan ilk gündə Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medal qazana bilməyib. Yığmamız yarışa 9 idmançı ilə yollanıb.

Xəbər lenti

Xəbər lenti