...

Portuqaliyalı futbolçunun “Barselona” arzuları

İdman Materials 5 Aprel 2024 05:47 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliyalı futbolçu Joao Feliks “Barselona”da qalmaq arzusunu gizlətməyib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, komandada icarə əsasında çıxış edir.

Madrid “Atletiko”suna məxsus futbolçu mövsümün sonunadək “Barselona”ya icarəyə verilib. Feliks gələcək taleyinin özendən asılı olmadığını deyib: “Barselona”da çıxışımı davam etdirmək istərdim, amma bu məndən asılı deyil. Gözləyək, növbəti mövsümdə nə baş verəcək. Yeni “Nou Kamp”da oynamağı çox istərdim”.

Qeyd edək ki, portuqaliyalı hücumçunun “Atletiko” ilə 2029-cu ilin sonunadək müqaviləsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti