...

Azərbaycanlı gimnast Avropa Çempionatının finalına yüksəlib

İdman Materials 5 Aprel 2024 17:29 (UTC +04:00)
Azərbaycanlı gimnast Avropa Çempionatının finalına yüksəlib
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın tamblinq (akrobatik cığırda tullanma) üzrə yığmasının üzvü Aleksey Karataşov batut, ikili mini-batut və akrobatik cığır üzərində tullanmalar (tamblinq) üzrə Avropa Çempionatının finalına yüksəlib.

Trend xəbər verir ki, Avropa Çempionatı 3-7 aprel tarixlərində Portuqaliyanın Qimaraynş şəhərində keçirilir.

Xatırladaq ki, bundan əvvəl batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Əli Niftəliyev gənclər arasında yarışların yarımfinalına çıxıb. Böyüklər arasında batut gimnastikası üzrə Selcan Maqsudova yarımfinala vəsiqə qazanıb.

Çempionatın finalına böyüklər yaş kateqoriyasında çıxış edən Azərbaycanın tamblinq (akrobatik cığırda tullanma) üzrə yığmasının üzvləri Tofiq Əliyev və Mixail Malkin çıxıblar. Həmçinin komanda yarışında da tamblinq üzrə Azərbaycan yığması finala vəsiqə qazanıb. Komndanın tərkibinə Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə daxil olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti