Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.
Trend-in məlumatına görə, çempionluğunu ötən tur rəsmiləşdirən "Qarabağ" "Səbail"i qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2.
Bu nəticədən sonra xallarını 72-yə çatdıran "köhlən atlar" turnir cədvəlinə başçılıq edir. "Səbail" isə 38 xalla yeddinci pilləyə enib.
Günün digər matçında "Turan Tovuz" "Sabah"a 2 cavabsız topla qalib gəlib.