...

Neymar 130 milyon avroya klub alır

İdman Materials 10 Aprel 2024 21:00 (UTC +04:00)

Bakı. Trend:

Səudiyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar klub almağa hazırlaşır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “sambaçı” ilk olaraq formasını geyindiyi Braziliya “Santos”unun sahibi ola bilər.

O, bunun üçün 130 milyon avrosundan keçməyə hazırdır. 2025-ci ildə “Santos”a qayıdacağı gözlənilən Neymar karyerasını məhz bu komandada bitirməyi də planlaşdırır.

Qeyd edək ki, Neymar zədələndiyi üçün bu mövsüm “Əl-Hilal”ın heyətində cəmi 3 oyunda meydana çıxıb.

Xəbər lenti

Xəbər lenti