...

Avroliqada 1/4 final günü

İdman Materials 11 Aprel 2024 10:12 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutacaq.

İtaliyada A seriyası təmsilçiləri “Milan”la “Roma” üz-üzə gələcək. İngiltərə klublarından “Vest Hem” “Bayer”in qonağı olacaq, “Liverpul” “Atalanta”nı sınağa çəkəcək. Portuqaliyada "Benfika” “Marsel”lə görüşəcək.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Avropa Liqası
1/4 final, ilk oyunlar
11 aprel

23:00. “Milan” – “Roma”
23:00. “Liverpul” – “Atalanta”
23:00. “Bayer” – “Vest Hem”
23:00. “Benfika” – “Marsel”

Xəbər lenti

Xəbər lenti