Bakı. Trend:
“Arsenal” və “Liverpul” çempionluq yarışında ağır zərbə alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, hər iki komanda İngiltərə Premyer Liqasının 33-cü turunda öz meydanında uduzub.
“Liverpul” “Kristal Pelas” 0:1, “Arsenal” isə “Aston Villa”ya 0:2 hesabı ilə məğlub olub. 71 xala malik komandalar dünən qələbə qazanan “Mançester Siti”ni özlərindən irəli buraxıblar. Son çempionun hesabında 73 xal var.
Günün digər matçında da qonaqlar üstün olublar. “Fulhem” “Vest Hem”in qapısından 2 cavabsız top keçirib.