...

Kannavaro yenidən A seriyasında

İdman Materials 22 Aprel 2024 17:26 (UTC +04:00)
Kannavaro yenidən A seriyasında

Bakı. Trend:

İtaliyanın “Udineze” klubunun baş məşqçisi müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu posta Fabio Kannavaro təyin edilib.

50 yaşlı mütəxəssislə qısammüddətli müqavilə imzalanıb. O, mövsümün sonunadək A seriyası təmsilçisini çalışdıracaq. Kannavaro istefaya göndərilən Qabriele Çioffini əvəzləyib.

Qeyd edək ki, Udine təmsilçisi növbəti oyununa aprelin 25-də keçirəcək. “Udineze” “Roma” ilə yarımçıq qalan matça çıxacaq. Həmin qarşılaşma ikinci hissədə hesab 1:1 olarkən dayandırılıb.

Xəbər lenti

Xəbər lenti