...

Dünya çempionatının vaxtı dəqiqləşib

İdman Materials 23 May 2024 08:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycada təşkil olunacaq minifutbol üzrə dünya çempionatının vaxtı müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mundial 2025-ci il mayın 21-dən iyunun 1-nə kimi davam edəcək.

Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin təqvimi yaxın gələcəkdə bəlli olacaq.

Qeyd edək ki, Bakı minifutbol üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edəcək.

Xəbər lenti

Xəbər lenti