...

Top-5 liqalarında ən sürətli futbolçular məlum olub - SİYAHI

İdman Materials 27 May 2024 09:38 (UTC +04:00)

Bakı. Trend:

Top-5 liqalarında ən sürətli oyunçuların reytinqi açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, “Givemesport” tərəfindən dərc edilib.

Reytinqin lideri Madrid “Real”ının mərkəz müdafiəçi Antonio Rudiger olub. Alman futbolçu iyunun 1-də Çempionlar Liqasının finalında qarşılaşacağı "Borussiya"nın (Dortmund) oyunçusu Kərim Adeyemidən sürət baxımından bir az üstün olub.

“Çelsi”nin şərəfini qoruyan ukraynalı Mixail Mudrik isə ilk “üçlüy”ü qapayır. Oyunlardan birində o, saatda 36,63 km sürət yığmağı bacarıb.

“10-luq”

1. Antonio Rudiger (“Real”) – 36,7 km/saat

2. Kərim Adeyemi (“Borussiya”) – 36,65

3. Mixail Mudrik (“Çelsi”) – 36,63

4. Entoni Qordon (“Nyukasl”) - 36,61

5. Ousmane Dembele (PSJ) – 36,6

6. Adama Traore (“Fulhem”) – 36,66

7. Məhəmməd Salah (“Liverpul”) – 36,66

8. Darvin Nunes (“Liverpul”) – 36,53

9. Mussa Diabi (“Aston Villa”) – 36,52

10. Rafael Leao (“Milan”) – 36,5

Xəbər lenti

Xəbər lenti